دانلود آهنگ ترکی گجلر از الوین ناصیر
الوین ناصیر – گجلر
دانلود آهنگ جدید الوین ناصیر به نام گجلر
Elvin Nasir – Gecələr
متن آهنگ گجلر
Dəm gecələr, oluram dəm gecələr,
Gündüz saf və təmiz, günahkar adəm gecələr.
Elə bil, fikri-хəyal məhkum edir tənhalığa,
Nə qədər zülmət olar gözlərimdə, cəm gecələr.
Neçə aləmlərə aləm sığışıbdır elə bil,
Belə aləmlərə bənzərdi bu aləm, gecələr.
O qədər diz çöküb aləmnən hüzur istəmişəm,
Gətirib yorğanım altında verib qəm gecələr!
Neçə pərvanələrim yandı məhəbbət oduna,
Məni yandırmış odum, bəlkə mənəm şəm gecələr.
Nə günah eyləmişəm bir tədarük odun kimi,
Elə onlardı yanar canda cəhənnəm gecələr.
Gözümün yaşı bitəndən sandım dərd də bitib,
Sən demə, bitməyəcək gözlərimdə nəm gecələr.
Bu nə qəmdir, bu nə dərddir, bu deyil sadəcə nəm,
Əməlli başlı axır gözümdə zəm-zəm gecələr.
Deyirsən, zülmətin gəlib gedərdi,
Sən yalan deyirsən, sən aldadırsan!
Kimlər ki, yadıma düşməməlidir,
Onların hər birini xatırladırsan!
Nə saat var, nə zaman var, nə də yox bir dəqiqə,
Necə zülmət daralır, ağlaram hərdən gecələr.
Belə tənhalığa dözməz neçə illik məhbus,
Özümlə baş başayam, yox mənə həmdəm gecələr.
O qədər xəyallarım, diləklərim yarım qalıb,
Elə onlar kimi hərdən qalıram kəm gecələr.
Üzümdə təbəssümüm vardı mənim gündüzlər,
Quruyur dil-dodağım mənim, niyə bilməm gecələr?!!
Tökülür vərəqlərimə dərdi-kədər qəlbimdən,
Yazıram pis də olsa, onları silməm gecələr,
Xəyalım quş tək uçar, dərdi yığar dünyadan,
Yavaşca qonub oxuyar çiyinlərimə bəm gecələr.
Bir də tüstülər, zəhərlər çəkirəm ard-arda,
Həkimim yox, təbibim yox, ciyər vərəm gecələr.
Məni salmış necə haldan-hala ağlım getmiş,
Bəlkə də, yox olmuşam, bəlkə heçnəyəm gecələr!
Zülmətin içində məhkum olarsan,
Ən gözəl hisslərin bir anlıq olar.
Dünyası gecələr başlayanların,
Ölümü gecədən qaranlıq olar!
Əlimnən nə gəlir heçnə bilmirəm,
Bəlkə də sətirlər işıq yandırar.
Mənim üçün günəşi söndürən Allah,
Gün gələr gecəni işıqlandırar!
.
.
.
دانلود جدیدترین آهنگ های تورکی
تورک موزیک ، مرجع آهنگ های تورکی
…
کانال تلگرامی تورک موزیک
…
دیدگاه خود را بگذارید